Nuha şahid olan ümmət

    21.01.2014

Allah Elçisi - salləllahu aleyhi və səlləm - demişdir: “Qiyamət günü Allah Nuhu çağıracaq və Nuh: “Buyur, hüzurun­dayam və əmrinə müntəzirəm, ey Rəbbim?”- deyəcək.
Allah bu­yu­ra­caq: “Sən dini təbliğ etdinmi?” O: “Bəli!”- deyə cavab verə­cək.
Sonra onun qövmünə deyiləcək: “O sizə dini təbliğ etdimi?”
Onlar: “Bizə xəbərdar edən bir peyğəmbər gəlməmişdir!”- deyə cavab verəcəklər.
Allah Nuha buyuracaq: “Sənin dediyinə kim şahidlik edə bilər?”
Nuh: “Muhəmməd və onun ümməti!”- deyə cavab verəcək, siz də onun dini təbliğ etdiyinə şahidlik edəcək­siniz və “Peyğəmbər də sizə şahid olacaq”.
Bu haqda Allahın ayəsində belə deyilir:
“Beləliklə, Biz sizi orta bir ümmət etdik ki, siz insanlara şahid olasınız, peyğəmbər də sizə şahid olsun” (əl-Bəqərə, 143). (əl-Buxari, 4127, 4217).

Paylaş: