Normal geyimdə çimərlikdə oturub dincəlmək olarmı?

    16.08.2015
Sual: 
Salam. Oruc olarken normal geyimde cimerlikde oturmaq olarmi?
Cavab: 

Aleykum salam. Dənizin kənarında oturub dincəlməkdə heç bir günah yoxdur, amma insanların bədənlərini açdığı, naməhrəm kişilərlə qadınların qarışdığı yerlərə getmək qadağandır. Bu cür yerlərdən kənarda otura bilərsiniz. Hər bir mömin öz dinini fitnədən və şeytanın vəsvəsəsinə qapı açan yerlərdən qorumalıdır.

Paylaş: