Uşağa Həzrət adı qoymaq olarmı?

    16.08.2015
Sual: 
Usaga Hezret adi qoymaq olar?
Cavab: 

Salam aleykum. Uşaqlara Həzrət adını qoymaq olar. Qeyd edək ki, "həzrət" - ərəb dilindəki "hədara" felindən törəmiş kəlmədir, "hazır olmaq", "gəlmək" və s. mənalarda istifadə olunur. Bu sözü ilk dəfə azmış təriqətlərdən olan sufilər özlərinin övliya hesab etdikləri şəxslərinin adının qarşısında istifadə etmişlər. Onlar bu sözü "filankəsin adı deyildiyi vaxt ruhu burada hazır olur" mənasında işlədiblər. Təbii ki, bu, batil əqidənin məhsuludur. Amma bizim dilimizdə artıq bu mənada yox, "möhtərəm", "hörmətli" mənalarında istifadə olunur. Peyğəmbər (Allahın ona və ailəsinə salavatı və salamı olsun) demişdir: "Uşağa gözəl ad vermək, dinini öyrətmək və vaxtı gələndə evləndirmək, övladın atası üzərindəki haqlarındandır". (Əbu Nuaym).

Teqlər: 
Paylaş: