Zikr necə edilir?
Sual:
Salam aleykum. Men namazdan sonra tesbehle zikr edirdim. Sonra bunun sehv oldugunu oyrendim. Aglim qarishdi. Men nece ve ne ile zikr edim?
Cavab:
Aleykum salam. Peyğəmbər (Ona və ailəsinə Allahın salamı və salavatı olsun) sağ əlinin barmaqlarıyla zikr etmişdir. Abdullah ibn Amr (Allah ondan razı olsun) rəvayət edir ki: "Mən Peyğəmbəri sağ əli ilə zikr edən gördüm". Amma bəzi alimlər yaşı ötmüş və yaddaşı korlanmış adamlara təsbehlə zikr etməyə icazə vermişlər.