Həcc ziyarətinə ilin digər aylarında da getmək olarmı?

    18.08.2015
Kimdən: 
aysel
Sual: 
salam men bilmek isterdim hecc ziyaretine ilin basqa aylarinda getmek olarmi? menim istiye dozumum yoxdur hiss edirem ki ureyim zeifdi ona gore bilmek isterdim..bir de ramazan ayinda abort etmek olarmi?? ilk heftelerde bildiyime gore gunah deyil cunki hele dol formalasmir..
Cavab: 

Aleykum salam. Həcc ziyarəti yalnız Zilhiccə ayında yerinə yetirilir. Uca Allah buyurur: "Sayı müəyyən olan günlərdə (zil-hiccənin 11-i, 12-si və 13-ü) Allahı yad edin! Kim iki gün ərzində (ziyarətini) (tamamlayıb) geri qayıtsa, ona heç bir günah olmaz. Kim (13-cü günü Minada) yubanarsa, ona da heç bir günah olmaz. (Bu, )Allahdan qorxanlara aiddir. Allahdan qorxun və bilin ki, Onun hüzuruna toplanılacaqsınız". (əl-Bəqərə, 203).

Digər aylarda edilən ziyarətlər isə həcc yox, ümrə adlanır. Ümrə etmək savabı böyük olan əməllərdəndir, amma müsəlmanlara vacib buyurulmuş həcc ziyarətini əvəz etmir. Nəzərə almaq lazımdır ki, Zilhiccə ayının başlanması da Ramazanda olduğu kimi, miladi təqvimdə hər il 10 gün geriyə gəlir.
Həmçinin oxuyun: Döl insan formasına düşməmiş abort etmək olarmı?

Teqlər: 
Paylaş: