Qaynatam və qaynanam Allahın əmrlərini yerinə yetirməyimə mane olurlar

    24.01.2014
Sual: 
Evvela salam aleykum. Men iki ildir ki, namaz qiliram, ve gelinem. Amma qayinatam ve qayinanam buna qarshidilar ki, men stolda araq olanda yemeye yaxin durmuram. Qibleye kesilmish et yeyirem. Onlar ona da esebleshirler ki, sen ozunden teze moda chixardirsan. Ne geldi her sheyimi laga qoyurlar ki, sen mollasan. Ne bilim. Amma ozleri de deyir ki, biz senden chox Allaha inaniriq. Sen dunen ki, ushaqsan. Men onlara demirem ki, onlar inanmirlar, ya nese men ozum bele qebul elemishem. Sadece buna yoldashimda razidi ve yoldashimin razi olmagina bele nervlenirler ki, sen arvad deyenle oturub durursan. Mene ne mesleshet gorerdiniz. Men iki ildi insan oldugumu unutmusham.
Cavab: 

Aleykum salam. Uca Allahın razılığını insanların razılığından üstün tutmaq, Uca Allahın qadağan etdiyi şeylərdən çəkinmək hər bir müsəlmana vacibdir. Sizi məsxərəyə qoymalarına səbr edin, Uca Allahdan onlara hidayət etməsini diləyin. Nəzərə alın ki, hər bir müsəlman istər qadın, istərsə də kişi olsun, öz halıyla bir dəvətçidir. Hətta müsəlmanın yeri gəldikdə susması belə özü bir dəvətdir. Hər bir dəvətçidə hikmət və səbr sahibi olmalıdır. Uca Allah Təala buyurur: "(Ya Rəsulum!) İnsanları hikmətlə (Quranla, tutarlı dəlillərlə), gözəl öyüd-nəsihət (moizə) ilə Rəbbinin yoluna (islama) dəvət et, onlarla ən gözəl surətdə (şirin dillə, mehribanlıqla, əqli səviyyələrinə müvafiq şəkildə) mübahisə et. Həqiqətən, Rəbbin yolundan azanları da, doğru yolda olanları da daha yaxşı tanıyır!" (ən-Nəhl, 125).
Bundan əlavə hər bir müsəlmandan Allah Təalanın ona buyurduqlarna əməl etməkdə gücü çatan qədər tələb olunur. Bu xüsusda Allah Təala belə buyurur: "Allahdan bacardığınız qədər qorxun!" (ət-Təğabun, 16).
Ona görə də mümkün qədər gözəl əxlaqla dəvət edin və fitnə-fəsad yaranmasından çəkinin.
Depressiyaya düşmənizə gəldikdə isə, dini bilgilərinizi artırın, Qurani-kərimi və Peyğəmbərin (Allahın ona və ailəsinə salavatı və salamı olsun) həyatını öyrənin, onun və səhabələrin hansı çətinliklərə və necə dözdüklərini oxuyun. Bu zaman biləcəksiniz ki, yalnız Allaha təvəkkül edən mömin heç vaxt kədərlənməz və ruhdan düşməz. Allah köməyiniz olsun.
 

Teqlər: 
Paylaş: