Suallara gec cavab verilməsi haqqında

    02.07.2015
Kimdən: 
sehra
Sual: 
Salamun Aleyküm.Bir daha size heç bir sual ünvanlamayacağam.En vacib hallarda suallarıma cavab tapa bilmediyim hallarda size üz tutdum,suallarım cavabsız qaldı.Sadece bilmek isterdim ki cavablandırdıqlarınız suallar doğurdan saytınıza ünvanlanıb? Yoxsa nece? Eger doğurdandırsa bizim suallar niye cavabsız qalır.özü de defelerle....heç olmasa buna cavab verin.Allah razı olsun!
Cavab: 

Aleykum salam. Suallar çox olduğundan, hər suala təxminən 1 aya cavab verilir. Bu müddətin qısaldılması üzərində işləyirik. Hazırda təkrar verilən suallara avtomatik olaraq cavabların göstərilməsi proqramının təkmilləşdirilməsi üzərində işlər gedir. Suala ümumiyyətlə cavab verilməməsinin səbəbi aşağıdakılar ola bilər:

  • Sualı göndərdikdən sonra təsdiqləmək lazımdır. Sualı yazıb "növbəti" düyməsinə basdıqda, növbəti səhifədə "Sual göndərilsinmi?" yazısının aşağısında "Bəli" düyməsini basmaq lazımdır
  • Təkrar suallar bəzən cavablandırılmır. Əgər Sual-cavabın ilk səhifəsində həmin suala artıq cavab verilibsə, sual silinir. Ona görə də sual verməzdən əvvəl axtarışdan istifadə etməyinizi xahiş edirik
Paylaş: