Kişilər ağ qızıl taxa bilərlərmi?

    17.07.2015
Sual: 
salam. Kiwi aq qizil taxa biler ?cunki aq qizil gumuwe benzeyir axi.
Cavab: 

Aleykum salam. Ağ qızıl dedikdə təmiz platin nəzərdə tutulursa, istifadə etmək olar, çünki şəriətdə bununla bağlı heç bir qadağa bildirilməyib.
Lakin bəzən ağ qızıl dedikdə sarı qızılın üzərinə çəkilmiş platin və ya qızılla platinin qarışdırılması nəzərdə tutulur. Bu halda həmin əşyadan (üzük, saat və s.) istifadə etmək haramdır, çünki Peyğəmbərimiz (Allahın ona və ailəsinə salavatı və salamı olsun) kişilərə qızılı qadağan etmişdir: "Qızıl və ipək ümmətimin kişilərinə haram, qadınlarına halaldır". (əl-Buxari: "Libas", 30; Əbu Dəvud: "Xatəm", 3; ət-Tirmizi: "Libas", 1).
Bir gün peyğəmbər (Allahın ona və ailəsinə salavatı və salamı olsun) bir adamın əlində qızıl üzük gördüyü zaman onu çıxardıb atdı və buyurdu ki: "Sizdən hər hansı biriniz atəş parçasını barmağına taxmağa razı olarmı heç?" Rəsulullah (salləllahu aleyhi və səlləm) oradan uzaqlaşdıqdan sonra həmin adama dedilər: "Üzüyü götür ondan faydalan". Həmin adam cavab verdi: "Rəsulullah (salləllahu aleyhi və səlləm) onu atdıqdan sonra vallahi onu götürmərəm". (Muslim: "Libas", 52).
Əli ibn Əbu Talib (Allah ondan razı olsun) rəvayət etmişdir ki, "Peyğəmbər (salləllahu aleyhi və səlləm) ipəyi sağ əlinə, qızılı da sol əlinə alaraq buyurdu: "Bu ikisi ümmətimin kişilərinə haramdır". (ət-Tirmizi: "Libas", 1; İbn Məcəh: "Libas", 19).
Abdullah ibn Ömər (Allah onlardan razı olsun) rəvayət etmişdir ki, "Rəsulullah (salləllahu aleyhi və səlləm) gümüşdən bir üzük düzəltdirmiş və barmağına taxmışdır". (Əbu Dəvud: "Xatəm", 4; ət-Tirmizi: "Libas", 43). Həmçinin oxuyun: Rəsulullahın üzüyünün vəsfi

Paylaş: