Evli zinakarın daşqalaq edilərək öldürülməsi hədisi barədə şübhələnirəm...

    18.08.2015
Kimdən: 
muselmanka91
Sual: 
Salamaleykum,cavablara və bu gozel sayta gore minnəttaram.Sizlərə mən guvənirəm. Burda sizə güvənməyən,aldatma ile böhtan atanlar yəqinki şiələrdi. Amma biz sizin gozəl əxlaqınıza,Allaha ürəkdən inandığınıza,imanınıza inanırıq və güvənirik. Bəzi ixtilaflı məsələr istisna olmaqla,dinimizi mən sizin bildirdiyiniz kimi yaşadıram.Öz bacilarıma,rəfiqələrimə də buradan öyrənməyi məsləhət görürəm,onlar da razi qalıblar.Məni bura cəlb edən,sizin ürəkdən,əxlaqla,gözəl şəkildə dini izah etməyiniz,əxlaqa qiymət verməyinizdir. Allaha həmd olsunki,sizin kimi insanlar hələ də var,bu məni çox şad edir. Yoxsa ətrafımızda elə insanlar varki,əxlaqdan əsər əlaməti yoxdu,hələ çoxları guya dindən də danışır. Adam lap yaşamaqdan bezər. Allah sizin kimi insanlari çoxaltsin,camaati duzgün yola,əxlaqa yönəltdiyinizçün Allah sizlərdən razi olsun,imanınızda sabit etsin həmişə,amin! Sualım budur: zina edənin camaat tərəfindən daşqalaq edilərək öldürüb,günahi yumaq məsələsi düşünürəmki,səhvdir. Bu hədis məncə səhih deyil,mən bunu həç cür qebul etmirəm. Çünki hər bir günahin cəzasını Uca Allah verir,insanlarin ixtiyari yoxdu. Əgər tövbə etmis zinakarın cəzasını Allah bu dünyadaykən vermək istəsə,Allah özü bilər.bir çox bəlalarla özü cəzalandirar. Onu da deyimki,əgər zina edənlərin hamisini öldürsələr,uje kişilərin kökü qırılmiş olardı. Şəhidlərə ehtiyaj da yoxdu,özləri acıq aşkar,fəxrlə boynuna alirlar. Nə isə mən o hədisi qebul edə bilmirəm. Allah bizə batili batil kimi,səhihi səhih kimi göstərsin. Allah sizləri də bizləri də düzgün yola yonəltsin,amin! Allah rizasıçün cvb.landırız. Assalamu aleykum.
Cavab: 

Aleykum salam. Sizə və saytın bütün istifadəçilərinə təşəkkür edir və Uca Allaha dua edirik ki, Qiyamət günü Peyğəmbərin (Allahın ona salavatı və salamı olsun) hovuzunun başında görüşməyi hamımıza nəsib etsin. Ümumən, müsəlmanların bir-birini çox tərifləməsi bəyənilmir. Rəvayət edilir ki, bir kişi barədə Peyğəmbərin yanında söz açdıqda bir nəfər onu təriflədi. Peyğəmbər dedi: “Vay sənin halına! Sən öz dostunun boynunu sındırdın. (O, bunu bir neçə dəfə təkrar etdi.) Sizlərdən biri (kimisə) hökmən təriflə­məli olsa, – onun yaxşı adam olduğunu bilirsə – qoy desin: “Bu cür bu cür olduğunu güman edirəm. Allah onun hesabını çəkəcəkdir. Sizdən biriniz heç kəsi Allah yanında təmizə çıxarmasın”.
Sualınızın cavabını isə buradan oxuyun: Zina etmiş qadının daşqalaq edilərək öldürülməsi hədisi doğrudurmu?

Paylaş: