Qadın heyz (aybaşı) vaxtı zikr edə bilərmi?
Sual:
Salm aleykum. Qadinlar xeste olanda zikir ede bilermi yoxsa gunahdi?
Cavab:
Aleykum salam. Xeyr, bu məsələdə qadına günah yoxdur. Belə ki, mötəbər islam alimlərinin təsdiqlənmiş görüşlərinə görə heyzli qadın Allahı zikr edib, hətta Quranı əlinə almadan əzbərdən oxuya da bilər. Bu ona görədir ki, əzbər bildiklərini unutmasın. Sadəcə, qadının o halda Quranı əlinə alıb oxuması və bir də məscidə getməsi bəyənilmir.