Gülab nədir?

    26.01.2014
Kimdən: 
Qulizade Elnur
Sual: 
Salam. Evvela bu sayti yaratdiginiza gore sizlere minnetdaram. Sualim ise beledir. Gulab nedir? Dogrudanmi gulab Hz.Musanin alin teridir? Indiden minnetdaram.
Cavab: 

Aleykum salam. Gülab, qızılgül yarpaqlarını distillə etməklə alınan ətirli mayedir. Qida məhsullarının hazırlanmasında (əsasən içkilərin və müxtəlif xörəklərin), toy və ziyafət məclislərində, qonaq qəbul edildikdə, isti günlərdə müxtəlif içkilərə qatılaraq susuzluğu yatırmaq üçün içilir. Gülab ayrıca içilən içki növü deyil. Ondan, yeyilən və içilən qidaların ətirli olması üçün istifadə edilir. O ki, qaldı gülabın Musa Peyğəmbərin (Ona Allahın salamı olsun) alın təri olmasına, bununla bağlı şəriətdə heç bir məlumat verilmir.

Paylaş: