Əbu Bəkr Allah Rəsulunun sayıqladığını deyibmi?

    09.09.2015
Sual: 
salam aleykum.əbu bəkr r.a Resulullaha (sallallahu aleyhi va səlləm ) haradasa demişdirmi sayaqlayir.bu haqda məlumat vererdiz inşəallah
Cavab: 

Aleykum salam. Xeyr, Əbu Bəkr (Allah ondan razı olsun) belə bir söz deməyib. Hədis kitablarında bu ifadə Ömər (Allah ondan razı olsun), bəzi rəvayətlərdə isə ümumi olaraq səhabələrlə əlaqələndirilir. Belə ki, İbn Abbas (radıyəllahu anhumə) xəbər verir ki, peyğəmbərin (salləllahu aleyhi və səlləm) xəstəliyi şiddətlənib ona əziyyət verdiyi zaman belə dedi: "Mənə bir səhifə gətirin, sizə bir yazı yazım, ondan sonra haqq yoldan azmayasınız!" Ömər (Allah ondan razı olsun) dedi: "Peyğəmbərin (salləllahu aleyhi və səlləm) ağrıları ona təsir edib (sayıqlayır), bizim yanımızda Allahın kitabı var! O bizə yetər!" Sonra mübahisə elədilər və səs-küy çoxaldı. Allahın Elçisi (salləllahu aleyhi və səlləm) buyurdu: "Qalxın! Yanımdan gedin! Mənim yanımda mübahisə eləmək lazım deyil!" İbn Abbas - Allah ondan razı olsun - (hədisi rəvayət etdiyi yerdən) çıxarkən dedi: Rəsulullahın (salləllahu aleyhi və səlləm) o yazını yaza bilməsinə mane olan şey (səs-küyləri və mübahisələri) nə böyük müsibətdir". (əl-Buxari, 3168$ Muslim, 1637). Digər rəvayətlərdə nəql olunur ki; "...peyğəmbərin (salləllahu aleyhi və səlləm) yanında mübahisə etməyə başladılar və onlar (yəni, ümumən orada olan səhabələr) dedilər: "Ona nə olub ki, belə sayıqlayır...?" (əl-Buxari; Muslim və s.).
Əgər burada irad və tənqid bəzi şübhə və bidət əhli tərəfindən Ömərin (Allah ondan razı olsun) yaxud səhabələrin, peyğəmbərə (salləllahu aleyhi və səlləm) "sayıqlayır" dediyi sözə tutulursa, bu sözü eyib kimi başa düşmək lazım deyil. Hədisdə bildirilir ki, peyğəmbərin halı çox pisləşmişdi və qızdırmalı idi. Ona görə də bu hal, qızdrıma keçirən insanın normal halıdır. Əgər o söz təhqir olsaydı, onda ya peyğəmbərin özü orada, ya sonra, ya da orada olan digər səhabələr (radıyəllahu anhum) etiraz edərdilər. Həmçinin Əli ibn Əbu Talib (radıyəllahu anhu) də orada idi və etiraz edərdi. Amma bu hadisədən sonra peyğəmbərin halı yaxşılaşdı və hələ üstəlik 12 gün də yaşadı. Yəni nəsə vacib bir məsələ yazmaq istəyirdisə, peyğəmbərimiz (salləllahu aleyhi və səlləm) yazardıBu haqda daha ətraflı İbn Teymiyyə (rahiməhullahu) belə deyir: "Ömərə (Allah ondan razı olsun) gəldikdə isə o, peyğəmbərin (salləllahu aleyhi və səlləm) sözləri barədə – onun dediklərinin xəstəliyin güclənməsi səbəbindən sayıqlama, yoxsa özünün dərk edərək dediyi sözlər olduğunda çaşqınlığa düşmüşdü. Şübhəsiz peyğəmbərlərə də xəstəlik üz verir. Buna görə də o (Ömər - Allah ondan razı olsun) soruşdu: "Ona nə olub? Sayıqlayır?" O (Ömər), bu barədə şübhəyə düşdü və şübhəyə düşmək Ömər üçün mümkünsüz hal deyil. Çünki (bəşər içində) məsumiyyət yalnız peyğəmbərlərə məxsusdur. Nəzərə alaq ki, o, qeyri-müəyyənlik səbəbi ilə şübhəyə düşmüşdü. Çünki, peyğəmbər (salləllahu aleyhi və səlləm) xəstə idi və o, bilmirdi ki, peyğəmbərin (salləllahu aleyhi və səlləm) danışığı qızdırmanın təsirindən idi, yoxsa özünün danışığıdır!? Hansı ki, qəbul olunması vacibdir. Və həmçinin peyğəmbərin (salləllahu aleyhi və səlləm) öldüyü aydın olana qədər o, güman edirdi ki, peyğəmbər (salləllahu aleyhi və səlləm) ​​​​​​​ölməyəcək". ("Minhəcus-Sunnə" kitabı, 6/24). 

Paylaş: