İslamda qadını döymək icazəlidirmi?
Sual:
Salam aleykum. İslamda qadını döymek ve ya ona zor tetbib etmek gunah sayilirmi?
Cavab:
Aleykum salam. Uca Allah kişilərin öz xanımları ilə gözəl münasibətdə olmasını vacib buyurmuşdur: "Onlarla xoş rəftar edin. Əgər onlar xoşunuza gəlmirsə, ola bilsin ki, xoşlamadığınız bir şeydə Allah sizə çoxlu xeyir nəsib etmiş olsun". (ən-Nisa, 19).
Peyğəmbər (Allahın ona və ailəsinə salavatı və salamı olsun) demişdir: "Sizin ən xeyirliniz öz ailəsinə qarşı xeyirli olanınızdır. İçinizdə ailəsinə qarşı ən xeyirli olan mənəm". (Sunən ət-Tirmizi).
Uca Allah həmçinin buyurur: "Kişilərin qadınlar üzərində şəriətə müvafiq haqları olduğu kimi onların da kişilər üzərində haqları vardır. Kişilərin onlar üzərində olan haqları isə bir dərəcə üstündür. Allah Qüdrətlidir, Müdrikdir". (əl-Bəqərə, 228).
Ayədə hər iki tərəfin haqlarının olması ilə yanaşı, tabeçilik baxımından kişinin qadından üstün olduğu bildirilmişdir. Tabeçilik vacibdir, bunun olmadığı müasir qeyri-islam cəmiyyətlərində ailə dəyərlərinin artıq məhv olub getdiyinin şahidiyik.
Uca Allah buyurur: "Əməlisaleh qadınlar Allaha itaət edər və qorunması lazım gələn şeyləri Allahın himayəsi sayəsində qoruyub saxlayarlar. Özbaşınalıq etmələrindən qorxduğunuz qadınlara nəsihət edin, yataqda onları tərk edin və onları döyün! Əgər sizə itaət etsələr, onlara əziyyət vermək üçün başqa yol axtarmayın. Həqiqətən, Allah Ucadır, Böyükdür". (ən-Nisa, 34).
Bəziləri bu ayəni göstərərək guya İslamda qadınlara qarşı zorakılığın təbliğ olunduğunu deyirlər. Halbuki, ayənin izahında səhabələr və onlardan sonra gələn alimlər demişlər ki, ərinə qarşı itətsizlik edən qadınlara əvvəlcə nəsihət olunur, bu fayda verməsə, o, yataqda tərk edilir, ən son çıxış yolu kimi isə üzə və başa vurmamaq şərtilə yüngül vurulur. Abdullah ibn Abbas (Allah onlardan razı olsun) burada yüngül vurmaq dedikdə misvakla (diş təmizləyən kiçik çöp) vurmağın nəzərdə tutulduğunu demişdir. Burada məqsəd qadını təhqir etmək yox, Allahın hədlərini aşdığını ona xatırlatmaq olmalıdır. Həmçinin oxuyun: Kişinin öz hamilə olan həyat yoldaşını döyməsi günahdırmı?