Dul qadınla əlaqədə olmaq

    27.01.2014
Sual: 
Salam. Bashqa qadinla olmaq (onun isteyi ile dul qadinla) bu gunah sayilirmi?
Cavab: 
Aleykum salam. İslama görə nikahsız (kəbinsiz) edilən yaxınlıqlar istər dul qadınla olsun, istərsə də subay qadınla, böyük günah sayılır. Kəbinin şərtləri isə qadının valideynlərinin razılığı, özünün razılığı, iki ədalətli şahid və mehrin (başlıq pulu) olmasıdır. Uca Allah buyurur: "Zinaya da yaxın düşməyin. Çünki o, çox çirkin bir əməl və pis bir yoldur!" (əl-İsra, 32).
"(Ya Rəsulum!) Mömin kişilərə de ki, gözlərini haram edilmiş şeylərdən çevirsinlər (naməhrəmə baxmasınlar), ayıb yerlərini (zinadan) qorusunlar. Bu onlar üçün daha yaxşıdır. Şübhəsiz ki, Allah onların nə etdiklərindən xəbərdardır!" (ən-Nur, 30).
"Evlənməyə qüvvəsi çatmayanlar (maddi imkanı olmayanlar) Allah öz lütfü ilə onlara dövlət verənə qədər iffətlərini qoruyub (özlərini zinadan) saxlasınlar". (ən-Nur, 33).
"O kəslər ki, ayıb yerlərini (zinadan) qoruyub saxlayarlar; Ancaq zövcələri və cariyələri istisna olmaqla. Onlar (zövcələri və cariyələri ilə görəcəkləri bu işdən ötrü) qınanmazlar.  Bundan artığını istəyənlər (halaldan harama addayaraq) həddi aşanlardır (Allahın əmrini pozanlardır)". (əl-Mu'minun, 5-7).
"Sahib olduğunuz cariyələr istisna olmaqla ərli qadınları almaq da (sizə haram edildi). Allahın sizə buyurduğu hökmü belədir. Bunlardan başqaları ilə, öz malınızla, nikah etməklə, zinakarlığa yol vermədən, evlənməyiniz sizə halal edildi. (Evləndiyiniz) qadınlardan zövq aldığınıza görə onlara, vacib buyurulmuş mehrlərini verin. Bu mehr müəyyən edildikdən sonra öz aranızda razılaşdığınız şeyə görə sizə heç bir günah olmaz. Həqiqətən, Allah Biləndir, Müdrikdir". (ən-Nisə, 24).
Paylaş: