Peyğəmbər ayağa duranda əbasının üstündə yatmış pişiyi narahat etməmək üçün əbasını kəsibmi?

    12.09.2015
Sual: 
Salam aleykum. Mevlananin sozleri sehihdirmi.ve birde peygemberimiz (sallallahu aleyhi va səlləm ) namaz qilarken canamzin uzerinde piwiyin yatdiginu gorub ve canamazi kesib namaz qildigi hedisi sehihdirmi.buna dair nelunat varmi
Cavab: 

Aleykum salam.

  1. Qeyd etdiyiniz şəxs batil, bidətçi (dində yenilik edən) əqidələrdən olan sufi əqidəsində olmuşdur. Peyğəmbər (Allahın ona və ailəsinə salavatı və salamı olsun) hər xütbəsinə başlayarkən belə deyirdi: "Şübhəsiz ki, sözlərin ən doğrusu Allahın kəlamı, yolların da ən xeyirlisi Muhəmmədin (salləllahu aleyhi və səlləm) yoludur. İşlərin ən şərlisi (dində) edilən yeniliklərdir (bidətlər) və şübhəsiz ki, hər bir yenilik zəlalət, hər bir zəlalət isə Cəhənnəm odundadır". (Muslim; Əhməd, 1/435 və başqaları). "Kim bizim bu işimizdə ondan olmayan bir yenilik edərsə, bu qəbul olunmayıb, rədd olunacaq". (əl-Buxari, 2697; Muslim, 1718). Həmçinin o (salləllahu aleyhi və səlləm) demişdir: "(Qiyamət günü) ha­­mı­dan əvvəl Hovuzun başına gələn kəs mən olacağam. Sonra mənim yanımdan keçən kimsə ho­vuz­­dan su içər, on­dan içən isə əsla susamaz. Onda yanıma mənim tanıdığım və məni tanıyan bir qövm gələcəkdir. Sonra onları məndən ayıracaqlar. Onda Mən: "Onlar mənim ümmətimdəndirlər" - deyəcə­yəm. Mənə belə de­yi­ləcək: “Sən bilmirsən, onlar səndən sonra nə ye­niliklər ediblər" Və mən: "Məndən sonra yeniliklər edənlər məndən uzaq olsun­lar" - deyəcəyəm". (əl-Buxari, 6583; Muslim, 2290).
  2. Peyğəmbərin (Allahın ona və ailəsinə salavatı və salamı olsun) yuxudan oyanarkən əbasının üzərində yatmış pişik balasını görməsi və onu narahat etməmək üçün əbasını kəsməsi haqqında hədisi alimlər zəif hesab etmişlər.
Teqlər: 
Paylaş: