Bədənə döymə etdirmək olarmı?
Sual:
salam.kiwi eline xirda doyme ede bilermi? Edibsa gunagdisa hekim cerah vastisile pozsa gunahdi? Doyme edan balaca xirda o cennete duwe bilmez?
Cavab:
Aleykum salam. Peyğəmbər (Allahın ona və ailəsinə salavatı və salamı olsun) buyurmuşdur: "Döymə edənlərə və döymə etdirənlərə, tüklərini alanlara və aldıranlara, dişlərini itiləyənlər və gözəllik üçün Allahın yaratdığını dəyişənlərə Allah lənət etsin!" (Səhih Muslim, 120).
Əgər edibsə, artıq sildirməyə ehtiyac yoxdur. Səmimi şəkildə tövbə etməsi kifayət edər. Uca Allah buyurur: "Ancaq tövbə edib iman gətirən və saleh əməllər edənlərdən başqa. Allah onların pis əməllərini yaxşı əməllərlə əvəz edər. Allah Bağışlayandır, Rəhmlidir! Kim tövbə edib yaxşı iş görərsə, o, doğrudan da Allaha tərəf qayıtmış olar". (əl-Furqan, 70-71). Həmçinin oxuyun: Tövbə haqqında