Oruc tutmaq üçün gecədən yeyib yatmaq və səhər yeməmək olarmı?
Sual:
Salam aleykum men orucumu gece yeyib icib niyet edib yatdim mene dediler sen duzgun elememisen gerek vaxtinda durub yeyesen niyet edesen gerek 5 orucmuda bele eledim indi menim tutdugum 5 oruc qebul olub ya yo ??
Cavab:
Aleykum salam. Sahura (oruc üçün səhər yeməyi) durmadan yaxud sahur yeməyini gecədən yeyərək oruc tutmaq icazəli olsa da, Allah Rəsulunun (salləllahu aleyhi və səlləm) sünnəsinə ziddir. O, demişdir: "Sahur yeməyi bərəkətdir, biriniz bir qurtum su ilə olsa belə onu tərk etməsin! Çünki Allah və Onun mələkləri sahur yeməyi yeyənlərə xeyir-dua edərlər". (İmam Əhməd, 11101; Səhih əl-Cami, 3683).
Niyyət etməyə gəldikdə isə, gecə yatarkən səhər oruc tutmaq məqsədinin ürəyinizdə olması niyyətdir, bunun üçün xüsusi sözlər deyilmir. Daha ətraflı: Niyyət etmək bidətdirmi?