Gündəlik duaları eləmək günahdır?

    27.01.2014
Sual: 
Salam aleykum. Dualarin arasinda evden chixarken oxunan dua, eve girirerken oxunan dua, tualete girerken oxunan dua, chixarken oxunan dua, paltar geyinerken oxunan dua, paltar chixardarken oxunan dua, ve.s. bu cür duaları oxumaq gunah deyil?
Cavab: 

Aleykum salam. Əlbəttə dediyiniz bu duaları oxumaq və hətta bundan da artıqlarını oxumaq günah yox, əksinə savabdır. Həmçinin bu və digər gündəlik məişətdə qarşılaşdığımız hallar üçün dualar etmək üçün daha ətraflı məlumat əldə etmək üçün yaxşı olar ki, "MÜSƏLMANIN QALASI" - Quran və Peyğəmbərimizin şəriətində müsəlmanların sığınacağı dualar və zikrlər adlı kitabçanı dini dükanlardan əldə edəsiniz. Həmçinin dediyiniz bu dualar şəriətdə "zikr" adlanır. "Zikr" sözünün mənası isə "yada salma", "xatırlama"  "anma" deməkdir. Uca Allah buyurur: "Siz Məni yad edin ki, Mən də sizi yad edim! Mənə şükür edin, Məni inkar etməyin!" (əl Bəqərə, 152). İslam alimlərinə görə bütün ibadətlərin buyurulmasında məqsəd Allahı xatırlamaqdır. Uca Allah Musa (Ona Allahın salamı olsun) peyğəmbərə belə buyurur: "Mənə ibadət et və Məni xatırlamaq üçün namaz qıl!" (Ta ha, 14). Allahı zikr etmək ibadətdir. Həmçinin ibadət Allahın sevib razı qaldığı hər bir söz və əmələ də deyilir. Allah Təala buyurur: "O kəslər ki, Allaha iman gətirmiş və qəlbləri Allahı zikr etməklə aram tapmışdır. Bilin ki, qəlblər (möminlərin ürəkləri) yalnız Allahı zikr etməklə aram tapar!" (ər Rad, 28).  "...Axşam-səhər Rəbbini həmd-səna ilə təqdis et! (Daim Allahı zikr et və ya gündə beş vaxt namaz qıl!)" (Ğafir, 55). "O kimsə ki, Rəbbinin adını zikr edib namaz qılar!" (əl Alə, 15).

Teqlər: 
Paylaş: