"Ya Əli", "Ya Mehdi" demək olarmı?

    15.09.2015
Sual: 
Salam aleykum. Ya eli ya mehdi demek olarmi.yoxsa ya sozu ancaq Allah ucun istifade olunur.
Cavab: 

Aleykum salam. Xeyr, belə xitab etmək olmaz, çünki ərəb dilində "yə - يا" nida ədatı ilə ölülərə xitab olunduqda, onlardan yardım diləmək mənasını verir. Uca Allahdan başqasına dua etmək isə şirkdir. Ancaq sağ insanlara xitab oluna bilər, çünki xitab etdiyin insan səni eşidir və cavab vermək iqtidarındadır. Uca Allah buyurur: "Ondan savayı çağırdıqlarınız nə sizə yardım edə bilər, nə də özlərinə köməkçi ola bilərlər". (əl-Əraf, 197).
"Allahı qoyub, sənə nə bir fayda, nə də bir zərər verə bilməyən şeylərə yalvarma. Əgər belə etsən, sözsüz ki, zalımlardan olarsan". (Yunus,106). 
Həmçinin oxuyun:
Allahdan başqasına dua etmək şirkdir 
Təvəssül haqqında

Teqlər: 
Paylaş: