Ölülərin Quranı eşitməməsi ilə bağlı bəzi şübhələrim var...

    21.09.2015
Sual: 
Salamu aleykum.Mən Quranin öluər uçun olmadığını bilirəm.Lakin bəzi şubhələrim var.Əgər ölulər eşitmirsə onda insanlar ölunu basdirib gəldikləri zaman ölu onlarin ayaq səslərini eşidir.Bu necə olur?
Cavab: 

Aleykum salam. Bəli, qeyd etdiyiniz kimi bəzi istisna hallarda ölülərin eşitməsini Peyğəmbər (Allahın ona salavatı və salamı olsun) bildirmişdir. Amma digər bütün hallarda aşağıdakı ayə və hədisə görə ölülər eşitmir: "Dirilərlə ölülər eyni deyillər! Şübhəsiz ki, Allah dilədiyinə eşitdirər. Sən isə (ya Peyğəmbər!) qəbirlərdə olanlara eşitdirən deyilsən!" (Fatir, 22).
"Sözsüz ki, sən nə ölülərə (haqqı) eşitdirə bilərsən, nə də dönüb gedən karlara çağırışı çatdıra bilərsən". (ən-Nəml, 80).
Əbu Hureyra (Allah ondan razı olsun) Peyğəmbərdən (Allahın ona və ailəsinə salavatı və salamı olsun) belə rəvayət edir: "Mömin öldüyü zaman rəhmət mələkləri ağ ipək (paltarda) gəlib ona deyərlər: "Allahın rəhmətinə çıx!" Onun ruhu bədənindən ən gözəl müşk iyi ilə çıxar. Onu bir-birinə ötürər, hamısı onu iyləyər və səma qapısına gətirərlər. (Mələklər) deyərlər: "Yerdən gələn bu gözəl iy nədir?" Səmaya qədər gələrlər və bu söz təkrarlanar. (Mömin) digər möminlərin ruhlarının yanına gələr. Onlar buna görə insanlar çoxdan görmədikləri yaxının görəndə necə sevinir elə sevinərlər. (Həmin möminə digər möminlər) deyərlər: "Filankəs neyniyir (Yəni, filankəs necədir)?” Mələklər deyərlər: "Ona icazə verin dincəlsin. Həqiqətən, o dünyada kədər içində idi". Ondan bir nəfər haqda soruşurlar, o isə deyir: "Axı, o adam (məndən qabaq) ölüb, sizə gəlib çatmayıb?!" Onlar deyərlər: "O, sığınacağı olan Haviyəyə aparıldı". Kafirə gəldikdə isə, onu əzab mələkləri əzab toxunduraraq çıxardar və deyərlər: "Allahın qəzəbi üçün çıx!" Onun ruhu bədənindən leş iyi qoxar kimi çıxar və onu yer qapısına apararlar". (İbn Hibban, 3014).

Teqlər: 
Paylaş: