Azan verilərkən salavat çəkmək olarmı?

    27.01.2014
Kimdən: 
ALLAHIN QULU
Sual: 
Salam aleykum. Azan verilərkən salavat çəkmək olarmi?
Cavab: 

Aleykum salam. Azan veilərkən salavat çəkmək barəsində şəriətdə heç bir məlumat verilməyib. Əslində bu dində olmayan (bidət) bir əməldir. Sadəcə yaxşı olar ki, azan verildiyi zaman azan verənin sözlərini təkrarlamaq və həmçinin azan qurtardıqdan sonra duanı oxumaq. Bu deyilənləri etmək daha savablıdır. Əbu Səid əl Xudri (Allah ondan arzı olsun) Peyğəmbərimizin (Ona və ailəsinə Allahın salamı və salavatı olsun) belə dediyini rəvayət edir: "Azanı eşidərkən müəzzinin dediklərini siz də deyin". Ömər ibn Xəttab Peyğəmbərin belə dediyini rəvayət edir: "Müəzzin “Allahu Əkbər, Allahu Əkbər” dedikdə, sizlərdən biri “Allahu Əkbər, Allahu Əkbər” desə, sonra “Əşhədu əllə iləhə illəllah” dedikdə, biriniz də “Əşhədu əllə iləhə illəllah” desə, sonra “Əşhədu ənnə Muhəmmədən Rasuləllah” dedikdə, biriniz “Əşhədu ənnə Muhəmmədən rəsuləllah” desə, sonra “Hayyə aləs saləti” dedikdə, “Lə havlə valə quvvətə illə billəh” desə, sonra “Hayyə aləl fələh” dedikdə, “Lə havlə valə quvvətə illə billəh” desə, sonra “Allahu Əkbər” dedikdə, “Allahu Əkbər” desə, sonra “Lə iləhə illəllah” dedikdə, ürəkdən “Lə iləhə illəllah” desə, cənnətə daxil olar". (Müslim, Əbu Davud).  Kim müəzzinin dediklərini təkrar edərsə, yaxud müəzzin “hayyə aləs saləh” və “hayyə aləl fələh” sözlərini dedikdə eşidən şəxs “lə havlə valə quvvatə illə billəh” deyərsə, yaxud həm “hayyə aləs saləh” və “hayyə aləl fələh” həm də “lə havlə valə quvvatə illə billəh” sözlərini deyərsə, inşallah bütün hallarda doğru etmiş olar. Müəzzini eşidən kimsə onun dediklərini təkrar etdikdən sonra qarşıdakı iki hədisdə deyilənləri oxuyur.
Abdullah ibn Amr (Allah ondan arzı olsun) Peyğəmbərdən belə eşitdiyini rəvayət edir: "Müəzzini eşitdikdə onun dediyi kimi deyin, sonra mənə salavat deyin. Həqiqətən kim mənə bir salavat deyərsə, onun əvəzində Allah ona on salavat edər. Sonra Allahdan, mənim üçün vəsilə istəyin. Həqiqətən vəsilə cənnətin bir mərtəbəsidir. O yalnız Allah bəndələrindən birinə layiqdir. Allahdan diləyirəm ki, o adam mən olum. Kim Allahdan mənim üçün vəsilə istəyərsə şəfaətə nail olar".  (Müslim, Əbu Davud, Tirmizi).
Cabir (Allah ondan arzı olsun) Peyğəmbərin belə dediyini rəvayət edir: "Kim azanı eşidərkən belə deyərsə, Qiyamət günü şəfaətim ona halal olar. "Allahummə rabbə həzihid dəvatit təmməti, vas salətil qaiməti, əti Muhəmmədənil vasilətə val fədılətə, vab'ashu məqamən məhmudənilləzi vaadtəhu".  (Ey bu kamil dəvətin və qılınacaq namazın Rəbbi olan Allahım! Məhəmmədə vəsilə dərəcəsinə və fəzilətini bəxş et, və onu vəd etdiyin tərifə layiq məqama yüksəlt. Şübhəsiz ki, Sən vədini dəyişmirsən).  (Buxari, Əbu Davud, Tirmizi, Nəsa, İbn Macə).

Teqlər: 
Paylaş: