Məhəmməd peyğəmbərdən sonra peyğəmbər olacaqmı?

    21.09.2015
Sual: 
Ve salamu aleykume.Məhəmməd peyğəmbərdən sonra peyğəmbər olacağmı?haradasa eşitmişəm ki indan sonra yenə bir oeyğəmbər gələcəy.sualı cavalnadsansız yaxşı olar.Allah razı olsun.
Cavab: 

Aleykum salam. Muhəmməd (Allahın ona və ailəsinə salavatı və salamı olsun) peyğəmbərlərin (aleyhimis-sələm) sonuncusudur. Uca Allah buyurur: "Muhəmməd aranızdakı kişilərdən heç birinin atası deyildir. Lakin o, Allahın Elçisi və peyğəmbərlərin sonuncusudur". (əl-Əhzab, 40).
Peyğəmbər həmçinin özündən sonra yalançı rəsulların olacağını əvvəlcədən xəbər vermişdir: "Mənim ardıcıllarımın nəsilləri bütlərə ibadət etmək üçün çoxilahlılara qoşulmayana və mənim ardıcıllarım arasında özünə peyğəmbər deyən otuz yalançı gəlməyənə qədər Qiyamət qopmayacaq. Biləsiniz ki, həqiqətən mən sonuncu peyğəmbərəm və məndən sonra peyğəmbər olmayacaq". (ət-Tirmizi, 2219. ət-Tirmizi bu hədisə yaxşı və səhih demişdir).
Allah Rəsulu (Allahın ona və ailəsinə salavatı və salamı olsun) Əliyə (Allah ondan razı olsun) demişdir: "İstəmirsənmi ki, sənin nisbətin mənə Harunun Musaya olan nisbəti kimi olsun, bu fərqlə ki, məndən sonra peyğəmbər olmayacaq". (Səhih Muslim).
"İs­rail oğullarının arasında peyğəmbərlər siyasət yürüdürdülər və hər dəfə bir peyğəm­bər dünyasını dəyişdikdə, digəri ilə əvəz olunurdu. Məndən son­ra isə peyğəmbər olmayacaq, çoxlu xəlifələr olacaqdır" Səhabələr dedi­lər: "Bizə nə əmr edirsən, (ya rəsulullah)?" Dedi: "Ara­larından birinci seçilmiş olana beyət edərək onların haq­l­a­rını ödəyin. Uca Allah onları rəiyyətləri barədə sorğu-sual edəcəkdir". (Səhih əl-Buxari, 3455; Səhih Muslim, 1842).

Teqlər: 
Paylaş: