Başqası haqqında pis zənn etdikdə ondan halallıq alınmalıdırmı?
Sual:
salamun eleykum.menim iki sualim var.1.Namazda qraet nedir? oxunmasa Namaz pozulur?.2.men bir insan haqqinda pis dusunuremse yeni pis adam oldugu barede ve bunu hec kese bildirmiremse yene hemin insandan halalliq almaliyam?
Cavab:
Aleykum salam. Dəlil-sübut olmadıqda, pis zənn etməkdən çəkinmək lazımdır. Uca Allah buyurur: "Ey iman gətirənlər! Çox zənnə –gümana qapılmaqdan çəkinin. Şübhəsiz ki, zənnin bəzisi günahdır. Bir-birinizin sirrini arayıb axtarmayın, bir-birinizin qeybətini qırmayın! Sizdən biriniz ölmüş qardaşının ətini yeməyə razı olarmı?! Bu sizdə ikrah hissi oyadar. Allahdan qorxun. Həqiqətən, allah tövbələri qəbul edəndir, rəhmlidir!" (əl-Hucurat, 12).
Başqalarının yanında həmin şəxsin əleyhinə danışmadıqca, halallıq almağa ehtiyac yoxdur. Peyğəmbər (salləllahu aleyhi və səlləm) demişdir: "Dilinə gətirmədikcə və yaxud bununla əməl etmədikcə ümmətimin fikrindən keçənlərə görə Uca Allah onları hesaba çəkmir". (Səhih əl-Buxari; Səhih Muslim). Başqalarının yanında onun pisinə danışdıqda isə artıq qeybət etmiş olursunuz, əgər həmin şəxs bundan xəbər tutubsa, halallıq alınmalıdır.