Xums nədir?

    28.01.2014
Sual: 
Xüms nədir?
Cavab: 

"Xums" sözünün lüğəti mənası "beşdə bir" deməkdir. Şəriətdə isə xums dedikdə, kafirlərlə döyüş zamanı əldə olunan qənimətlərin beşdə bir hissəsi nəzərdə tutulur. Döyüşdən sonra qənimətlər beş yerə bölünür. Onun beşdə dördü döyüşçülərə verilir. Piyadalılara bir, süvarilərə isə üç pay düşür. Bu bir hissə özü də beş yerə bölünür və sonra onun beşdə bir hissəsi müsəlman hökmdarının əlində qalır, qalan beş­də dörd hissə isə Quran bölgüsünə uyğun olaraq, Muhəm­məd Peyğəmbərin (Allahın ona və ailəsinə salavatı və salamı olsun) qohumları – Haşimin və Müttəlibin nəsli, yetimlər, kasıblar və ehtiyac için­də olan müsafirlər arasında paylanır. Uca Allah buyurur: "Bilin ki, ələ keçir­diyiniz qənimətlərin beşdə biri Alla­ha, Onun Elçi­sinə, onun əq­rəbasına, yetimlərə, kasıb­la­ra və müsa­firlərə məxsusdur. Allah hər şeyə qa­dirdir". (əl-Ənfal, 41). 
İbn Ömər (Allah ondan razı olsun) deyir ki, mən qənimətlərin beş yerə bölündüyünü və sonra püşk atıldığını görürdüm. Peyğəmbər (Allahın ona və ailəsinə salavatı və salamı olsun) özünə düşən payı istədiyi kimi paylayırdı. Başqa bir rəvayətdə belə deyilir: "Peyğəmbər (salləllahu aleyhi və səlləm) Xeybər günü qənimətləri böldü və süvarilərə üç pay ayırdı. İki pay ata, bir pay isə at sahibinə görə". (Səhih əl-Buxari: № 2863; Səhih Muslim: № 1762; Əbu Davud: № 2716). 

Paylaş: