Özünü öldürmək alın yazısıdırmı?
Sual:
Salam aleykum. Bele bir sualim olacaq, ozune qesd edib olduren insanlarin ecelimi catir yoxsa onlar ozlerimi bu yolu secirler. Yani onlarin qismetinde ozune qesd ederek oleceyi yazilibmi evvelceden ?
Cavab:
Aleykum salam. Uca Allah hər şeyi bilməsi və hər şeyin qədərini qabaqcadan yazması ilə birlikdə əmr və qadağaların tətbiqini bəndənin ixtiyarına buraxmışdır. Bəzi insanlar öz günah əməllərinə qədəri bəhanə gətirirlər. Bu səhvdir, çünki insan əməllərini müstəqil edir, Allah ona əməlləri məcburi etdirmir, buna görə də məsuliyyət daşıyır. Əks halda Qiyamət günü sorğu-sualın mənası olmazdı. Özünü öldürən də böyük günah sahibidir və axirətdə buna görə əzab çəkəcək. Daha ətraflı:
Qədəri bəhanə gətirənlərə cavab
İntihar haqqında