Üzərində "0 faiz alkoqol" yazılan içkiləri içmək olarmı?

    04.10.2015
Kimdən: 
Muhammad Dagreeree
Sual: 
as salamu aleykum.sualim beledir.ustunde gosterilen "0 faiz alkoqol" gostericisi olan her nasisa bir soyug ichkini (pive,kokteyl ve s.)istifade etmek(ichmek)olarmi?
Cavab: 

Və aleykum Salam. Tərkibində sərxoşedici maddələr olmayan içkiləri içmək icazəlidir. Əsas məsələ içkinin insanı sərxoş edib etməməyidir. Peyğəmbər (salləllahu aleyhi və səlləm) belə demişdir: "Çoxu sərxoş edən hər bir şeyin azı da haramdır. Allah haram buyurduğu şeylərdə şəfa yaratmamışdır". (İmam Əhəmd; Əbu Davud "Tibb", 11). Lakin, həmin içki zahirən alkoqollu içkiyə bənzəyirsə (məsələn, alkoqolsuz pivə), onu namaz qılmayan və alkoqolsuz pivə məsələsindən xəbəri olmayan insanların yanında içmək düzgün deyil. Çünki, onlar sizin alkoqollu içki içdiyinizi zənn edərək mömin insanlar haqda pis fikrə düşə bilərlər.

Paylaş: