Qurban deyən adamın heyvan kəsilərkən orada olması vacibdirmi?
Aleykum salam. Əvvəla onu deyək ki, bu növ nəzirlərin deyilməsi bəyənilmir. Peyğəmbərimiz (salləllahu aleyhi və səlləm) əvvəl işin düzəlməsini gözləyib sonra edilən nəzirə "paxılın nəziri" demişdir. Daha yaxşı olar ki, qurban kəsib, daha sonra işin alınması üçün Allaha dua edəsiniz. Amma hər bir halda deyilən nəziri mütləq yerinə yetirmək lazımdır. Uca Allah buyurur: "Sözsüz ki, itaətkarlar kafur qatılmış badələrdən nuş edəcəklər. (Bu elə) bir bulaqdır ki, Allahın qulları ondan içər və onun mənsəbini istədikləri səmtə yönəldərlər. Onlar vəd etdikləri nəziri verər və vəhşəti (hər yeri) sarsıdacaq Gündən qorxarlar" (əl-İnsan, 5-9).
Rəsulallah (salləllahu aleyhi və səlləm) demişdir: "Kim Allaha itaət etməyi nəzir etmişsə, qoy Ona itaət etsin. Kim Ona asi olmağı nəzir etmişsə, Ona asi olmasın”. (əl-Buxari, 6696).
Qurban kəsilərkən qurban deyənin və ya kimin işinin düzəlməsi üçün qurban kəsirsə, həmin şəxsin orada olması vacib deyil. Həmçinin oxuyun:
Niyyət edib qurban kəsmək günahdırmı?
İslam fiqhi, nəzir bölümü