Sarımsaq və soğanı özünə haram etmək günahdırmı?

    04.10.2015
Kimdən: 
Samir
Sual: 
"Ey Peyğəmbər! Zövcələrini razı salmağa çalışaraq Allahın sənə halal etdiyi şeyi nə üçün özünə qadağan edirsən? Bu ayede Allahin haram buyurmadigini ozune haram etmeyi Allahin sevmediyi qenaetine gelinir.Men ise sarimsag ve sogani yedikden sonra xosa gelmez iyi oldugu ucun ozume yemeyi qadagan etmisem.Bu halda men gunah etmis oluram? ve ya daha etrafli tez zamanda meni maariflendirmeyinizi xahish edirem.
Cavab: 

Salam aleykum. Bəli, Allahın halal etdiyi neməti özün haram etmək günahdır və buna görə tövbə etmək lazımdır. Sarımsaq və soğan yeyildikdə pis qoxu versə də, haram qidalar sırasında deyil. Uca Allah buyurur: "Ey Peyğəmbər! Zövcələrini razı salmağa çalışaraq Allahın sənə halal etdiyi şeyi nə üçün özünə qadağan edirsən? Allah Bağışlayandır, Rəhmlidir". (ət-Təhrim, 1).
Həmçinin soğan və sarımsaq ən xeyirli qidalardandır və bəzi həkimlər ona "təbii antibiotik" demişlər.

Paylaş: