Yuxuda ölmüş insanı görmək və bu yuxunu yozmaq haqqında
Aleykum salam. Əvvala onu qeyd etmək lazımdır ki, şəriətə görə ölmüş insan üçün "adna", "adna axşamı", "cümə", "yeddi", "qırx", "əlli iki", "Quran oxumaq", "qəbrin üstünə gül qoymaq", "şam yandırmaq" və.s bu kimi qeyri islami əməllər sonradan dində meydana gəlmiş bidətlərdən, yəni yeniliklərdən hesab olunur. Peyğəmbərin (Ona və ailəsinə Allahın salamı və salavatı olsun) zamanında belə şeylər olmamış, o, nə özü bunları etmiş nə də başqalarına bunu əmr etmişdir. Peyğəmbər (salləllahu aleyhi və səlləm) demişdir: "Hər bir bidət zəlalətdir, hər bir zəlalət isə cəhənnəm odundadır". (Əbu Dəvud, 4067; ən-Nəsəi: "Sunən", 3/188). Başqa bir hədisdə isə Peyğəmbərimiz (salləllahu aleyhi və səlləm) belə buyurmuşdur: "Kim bizim bu işimizə ondan olmayan bir şeyi əlavə edərsə, etdiyi rədd olunar". (əl-Buxari, 2697; Muslim, 1718).
Ölən şəxs mömin olubsa, Uca Allahdan onun üçün bağışlanma diləmək, cənnətə daxil etməsini və sorğu-sualını asan etməsini diləmək lazımdır. Qəbirdə sorğu-sual olur, amma bu sorğu-sualın neçə gün davam etməsi haqda səhih bir məlumat yoxdur. İslam dininə görə heç bir kəsin öləndən sonrakı halı bilinməməkdədir. Səhih hədislərdə qəbir aləmi haqqında deyilənlər ümumi məna daşıyır, yəni həmin hədislərdə ümumən möminin və ya kafirin qəbirdəki halı haqqında xəbər verilir. Həmçinin, Peyğəmbər (salləllahu aleyhi və səlləm) bəzi insanların qəbirdəki halları barəsində xüsusi olaraq xəbər vermişdir. Lakin indiki dövrdə hər hansı ölən insanın qəbirdəki halı heç kəsə məlum deyildir. Dayınız haqqında görülən yuxuya gəlincə, bilmək lazımdır ki, yuxunu ya xeyirə yozmaq, ya da susmaq lazımdır. Peyğəmbər (salləllahu aleyhi və səlləm) yuxu yozumu haqqında belə buyurmuşdur.