Ailə ilə bağlı suallara niyə kişilərin xeyrinə cavab verilir?

    14.10.2015
Sual: 
Assalamu aleykum va rahmatullah.Burda suallara cavab veren kimdir? Elm ehlidirse xahish edirem sualima cavab verin.Ailede zovce ile problemleri olduqda qardashlar size yeni elm ehline muraciet dir.belede olmalidi.men buna etiraz etmirem ama cox zaman onlar birterefli qerar verirler kishiye esaslanib onun dediyini ustun gotururler bes qadin bu meselede hec o yada dushmur.o ne cekir deye. Qerar verende zehmet olmasa qadinida dinleyin sonra qardashin terefini tutun.
Cavab: 

Aleykum salam və rahmətullah. Peyğəmbərin (Allahın ona və ailəsinə salavatı və salamı olsun) yolunu gedən və bidətdən uzaq olan əsl elm əhli, alimlər, elm tələbələri kişilərin xeyrinə yox, şəriət kimin tərəfindədirsə, onun xeyrinə cavab verirlər. Amma sual verən kişilər də Allahdan qorxaraq sual verdikdə vəziyyəti olduğu kimi danışmalı, yalan deməməli və nəyisə gizlətməməlidirlər. Əks halda qadının haqqına girərək günah qazanırlar və Allah qarşısında buna görə cavab verəcəklər.

Teqlər: 
Paylaş: