Kişi qadından narazı yatsa, mələklər onu lənətləyir, bəs qadın kişidən narazı yatsa necə?
Sual:
er zovcesinden narazi halda yatarsa melekler qadini lenetleyer,bes zovce oz erinden narazi yatsa nece
Cavab:
Salam aleykum. Peyğəmbər (salləllahu aleyhi və səlləm) demişdir: "Nəfsim əlində Olana and olsun ki, kişi qadını yatağına dəvət etdikdə o, imtina edərsə göydə Olan (Allah) əri ondan razı qalana qədər həmin qadına qəzəblənər". (Muslim, 3525). Qadın üzrsüz səbəbə görə əri ilə yaxınlıq etməkdən imtina etməməlidir. Bu hədisi bəzi alimlər, xanımı ondan narazı yatan kişiyə də aid edirlər. Belə hallarda kişi ən azından xanımının könlünü almalıdır.