Ərim naməhrəmlərə baxdığı üçün məndə ona qarşı nifrət yaranıb...
Va aleykum Salam. Ərinizin naməhrəm qadınlara baxması göz zinası sayılır. Bununla o həm günah edir, həm də sizin haqqınıza girir, ona görə də siz onu bundan çəkindirməyə çalışın. Həm ərinizin kefi yaxşı olduğu vaxtlarda ona əxlaqla nəsihət edin, həm də evdə bəzənib, ətirlənərək onun diqqətini özünüzə cəlb etməyə çalışın. Evdə Quran, dini dərslər səsləndirin, ola bilsin ki, o, əməlindən peşman olsun. Bu barədə namazlarda və duanın daha çox qəbul olunduğu vaxtlarda Allaha çoxlu dua etməyi unutmayın.
Bilməlisiniz ki, müsəlman qadın əri dindən çıxmadıqca, ona itaət etməli və onunla gözəl davranmalıdır. Rəsulullah (salləllahu aleyhi və səlləm) demişdir: "Qadın beş vaxt namazını qılarsa, Ramazan orucunu tutarsa, özünü haramdan qoruyarsa və ərinə itaət edərsə, Qiyamət günü ona: "Cənnətin hansı qapısından istəyirsənsə, ora daxil ol"- deyilər…". (İmam Əhməd, 1661). Ona görə də, siz dünyaya övlad gətirməlisiniz. Həmçinin oxuyun: Duaların qəbul olması üçün nə etmək lazımdır?