Qadın maşın sürə bilərmi?

    20.10.2015
Sual: 
salam aleykum bilmek isterdim qadinin mashin surmesi dinimize gore necedir? ALLAH elminize bereket versin
Cavab: 

Va aleykum Salam. Qadınların müəyyən şərtlər çərçivəsində avtomobil sürməsində heç bir qəbahət yoxdur. Çünki, elə zəruri hallar olur ki, qadın avtomobili sürməzsə, naməhrəmlə təklikdə bir avtomobilə minmək məcburiyyətində qala bilər. İctimai nəqliyyatdan insanların çox olduğu pik saatlarında istifadə etmək də bəzən qadın üçün əziyyət və fitnə ola bilər. Alimlər demişlər: "Peyğəmbərimizin (Allahın ona salavatı və salamı olsun) dövründə avtomobil olmasa da, minik vasitəsi kimi dəvə və at, uzunqulaq və s. bu kimi heyvanlardan istifadə olunurdu və səhabə qadınlar da bu minik vasitələrinə minirdilər. Allah Elçisi (salləllahu aleyhi və səlləm) onlara bu miniklərə minməyi qadağan etməmişdi. Əgər qadını daha çox hansının örtməsi baxımından o dövrdəki miniklərlə (dəvə, at, uzunqulaq və s.) indiki minikləri müqayisə etsək, aydın məsələdir ki, indiki miniklər qadını daha çox örtür. Yəni bu o deməkdir ki, fitnənin qarşısını daha çox indiki miniklər alır. Nəticə olaraq, dinin buyuruqlarına, fitnəyə qapı açmamaq və xüsusilə də hicab qaydalarına riayət etmək şərtilə qadınlar maşın sürə bilərlər".

Teqlər: 
Paylaş: