Qadınlar vətənin keşiyini çəkə bilərmi?
Va aleykum Salam. Qadının cihadı həccdir. İslam tarixinə nəzər salsaq görərik ki, qadınlar döyüşə çıxmayıblar. Aişə (Allah ondan razı olsun) deyir ki, Allah Elçisindən (salləllahu aleyhi və səlləm) soruşdum: "Ey Allahın Elçisi, qadınlar da cihad edirlərmi?" O dedi: "Onlar üçün döyüşsüz cihad vardır. Bu, həcc və ümrədir". (İbn Məcəh, 2345; Əhməd: 21).
Cənnəti də ailəsinin, uşaqlarının keşiyini çəkmək, ərini sevmək, onun namusuna sahib çıxmaq və günah olmayan məsələlərdə ərinə itaət etməklə qazana bilər. Peyğəmbər (salləllahu aleyhi və səlləm) buyurmuşdur: "Qadın beş vaxt namazını qılarsa, Ramazan orucunu tutarsa, özünü haramdan qoruyarsa və ərinə itaət edərsə, Qiyamət günü ona: "Cənnətin hansı qapısından istəyirsənsə, ora daxil ol"- deyilər…". (Əhməd, 1661).