Bürclərə inanmaq doğrudur?

    28.01.2014
Sual: 
Salam aleykum. At ili heqiqeten murad ilidir?
Cavab: 

Və aleykum Salam. Bu haqda islamda heç bir məlumat verilmir. Ümumən islam dini bu cür xurafatların əleyhinədir. Heyvan illəri, bürclər, ulduzlar, aylar, illər, günəş, ay, ulduzlar və s. səma cisimləri insanların və kainatın taleyində, qədərinin dəyişməsində heç bir rola malik deyil. Uca Allah buyurur: "Səmada bürclər yaradan, orada bir çıraq (günəş) və nurlu ay vücuda gətirən (Allah) nə qədər (uca, nə qədər) uludur! (Allahın qüdrətini həmişə) yada salmaq və (nemətlərinə) şükür etmək istəyənlər üçün gecəni və gündüzü bir-birinin ardınca gətirən də Odur!" (əl-Furqan, 61-62).
"And olsun bürclər dolu olan göyə;". (əl-Buruc, 1).
Allahın göydə yaratdığı bürclər islama görə böyük ulduzlardır. İnsanın həyatında onların və heyvan illərinin heç bir təsir edici rolu yoxdur: "Həqiqətən, Rəbbiniz göyləri və yeri altı gündə xəlq edən, sonra ərşə ucalan Allahdır. O, gündüzü sürətlə təqib edən gecə ilə örtüb bürüyür. Günəşi, ayı və ulduzları Öz əmrinə tabe edən də Odur. Əslində, yaratmaq da, əmr etmək də Ona məxsusdur. Aləmlərin Rəbbi Allah nə qədər xeyirxahdır.​ Rəbbinizə yalvara-yalvara, həm də gizlicə dua edin. Şübhəsiz ki, O, həddi aşanları (qışqıraraq dua edənləri) sevməz!" (əl Əraf 54-55).
Allah Rəsulu (Ona və ailəsinə Allahın salamı və salavatı olsun) bir dəfə yağışdan sonra dedi: "Uca Allahın qullarından bəzisi səhərə mömin, bəzisi də kafir olaraq çıxdı. Kim Allahın lütf və rəhməti ilə yağışa qovuşduq dedisə mənə inanmiş, ulduza inanmamışdır. Kim də filan ulduzun doğması və ya batmasıyla yağış yağdı dedisə o da mənə inanmamış, ulduza inanmışdır". (əl-Buxari, Muslim).

Teqlər: 
Paylaş: