Qorxan adamı çıldaq etmək olar?
Sual:
Salam aleykum. Qorxan adami qurgushunla yaxudda childag elemek gunahdir? Yoxda dogrudanda, qorxulugu goturur axi...
Cavab:
Aleykum salam. Ümumiyyətlə dinimizə görə bu kimi əməllər bəyənilmir. Şəriətin bizə göstərdiyi qaydalara görə qorxarkən ilk öncə "Lə iləhə illəllah - Allahdan başqa ibadətə və itaətə layiq haqq məbud yoxdur", kəliməsini demək, daha sonara 3 dəfə "əuzu bi kəlimətilləhit təmməti min şərri mə xaləq - Allahın tam kəlimələriylə yaratdıqlarının şərrindən və vəsvəsələrindən Allaha sığınıram" duasını, həmçinin "Ayətul-Kursi - əl-Bəqərə, 255", "əl-Fatihə", "əl-İxlas", "əl-Fələq", və "ən-Nas" surələrini oxumaq lazımdır. Bundan əlavə Peyğəmbərimiz (salləllahu aleyhi və səlləm) yuxuda qorxan adamın istəsə durub namaz qılmasını da buyurmuşdur.