Zəif olduğum halda ərim hamiləlikdən qorunmağa icazə vermir...
Sual:
Esselemualeykum sizde meni bagisliyin qadin sioral vastesi ile hamilelikden qoruna bilermi icazelidirmi...menim iki ovladim var ikiside balacadir ve problemlidirler her birinde ayri problem var vede ailemizdede problemler coxdur amma yoldasim icaze vermir spiral qoydurmaga..bu ne derecede dogrudur...saglamliq baximindanda cox zeifem gucum catmir imanima tedir edir problemlerimiz usaqlarin problemleri demey olarki ibadete az vaxt ayiriram...eyer ucuncu ovladim olarsa qaynanamda cox problem eder..ne edim bilmirem xahis Allah rizasi ucun mene aydinca delillerle sualimi cavablandirin....menim ucun cox cetindir.
Cavab:
Va aleykumus-Sələm. Ümumən, hamiləlikdən qorunmaq üçün ərin razılığı olmalıdır. Amma qeyd etdiyiniz kimi sağlamlığınızda problem varsa, bu halda hamiləlikdən qoruna bilərsiniz, çünki dinimizdə insanın özünə və başqalarına ziyan vurması haramdır. Həmçinin oxuyun: Hamilə qalmamaq üçün qoruyucu vasitələrdən istifadə etmək olarmı?