Cadu, sehr, falçılıq Xristianlıq və Yəhudilikdə də haramdırmı?
Sual:
Salam Aleykum! Cadu,sehr,fal Islamda qadagan olunun.Bes Xristiyanliqda ve Yahudilikdede qadagandir???? Evvelceden Tesekkurler.
Cavab:
Va aleykum Salam. Bəli, bütün səmavi dinlərdə cadu şeytan əməli kimi pislənib. Belə ki, Uca Allah buyurur: "Onlar (Yəhudilər) Suleymanın səltənətində şeytanların oxuduqlarının ardınca getdilər. Süleyman kafir olmadı. Lakin şeytanlar sehri və Babildə Harut və Marut adlı iki mələyə nazil olanı insanlara öyrədərək kafir oldular. (Mələklər): "Biz ancaq bir sınağıq, sən gəl kafir olma!" - deməmiş (onu) heç kəsə öyrətmirdilər. (Yəhudilər) ərlə arvadı bir-birindən ayıracaq işləri onlardan öyrənirdilər. Lakin onlar Allahın izni olmadan heç kəsə zərər verə bilməzlər. Onlar özlərinə zərər verən, faydası olmayan şeyləri öyrənirdilər. Onlar bilirdilər ki, onu əldə edən kimsə üçün axirətdə heç bir pay yoxdur...". (əl-Bəqərə, 102).