Üzüstə yatmaqla bağlı hədisi tam şəkildə yaza bilərsinizmi?
Sual:
Salam aleykum. Bele bir hedis olmalidi, onu mene yazardizde, texmini beledir:Bir gun bir nefer yerde yatirmis agzi uste, ve deyir bir nefer geldi, meni ayagi ile terpetdiki, bele yatma, men baxanda gordum o peyğəmbər sallallahu aleyhi va səlləmidi.
Cavab:
Və aleykum Salam. Peyğəmbər (Allahın ona və ailəsinə salavatı və salamı olsun) məsciddə yanının üstündə bir şeyin olmadığı halda üzü üstə uzanmış adamı gördükdə onu ayağı ilə tərpətdi və dedi: "Bu, Uca Allahın ən çox qəzbləndiyi uzanma tərzidir". (İmam Əhməd, 4/388). Ona görə də bu cür uzanma tərzi qadağandır.