Allah Rəsulunun "əhli beytimi sevin" əmri haqqında

    26.10.2015
Kimdən: 
Ehlibeyt ashiqi
Sual: 
Allahin salami olsun salama layiq insanlara meyer bu aye bucur nazil olamyibmi?Allah ve onun Resulu bir sheye hokum verdiyi halda hec bir muselman kishinin ve muselman qadinin bir soz demeye haqqi yoxdur?Allahin Resulu hokum verdiki Ehlibeytimi sevin,bes kimin haqqi varki buna etiraz etsin ve bashqa nese desin?
Cavab: 

Va aleykum Salam.
1. Xeyr, Quranda belə bir ayə yoxdur. Ancaq buna bənzər bir ayə "Ta Hə" surəsində buyurulub. Uca Allah buyurur: "...Doğru (haqq yolu tutub) yolla gedənlərə salam olsun!" (Ta Hə, 47).
2. Əhli Beyti sevmək vacibdir və əhli beytə olan sevgi imandandır. Amma əhli-beyti sevmək dini onlar kimi yaşamaq, onların gözəl xüsusiyyətlərinə yiyələnməyə çalışmaq, onların etmədiyi şeyləri dinə gətirməməklə olur. Peyğəmbərimizin (Allahın ona salavatı və salamı olsun) qadağan etdiyi halda, onlara görə özünü döymək, özünə əziyyət vermək və s. isə qadağandır. Həmçinin oxuyun: Peyğəmbər Əhli Beytinin tərifi və fəziləti haqqında

Teqlər: 
Paylaş: