"Allahummə əntə Rabbi" nə deməkdir?
Va aleykum Salam. "Allahummə əntə Rabbi" - "Allahım, Sən mənim Rəbbimsən!"
Peyğəmbər (Allahın ona salavatı və salamı olsun) demişdir: "Allahummə, əntə Rabbi ləə iləəhə illəə əntə, xaləq'təni va ənəə ab'dukə, va ənəə alə ahdikə va va'dikə mə-s-təta'tu, əuuzu bikə min şərri məə sanə'tu. Əbuu'u ləkə bini'mətikə aleyyə, va əbuu'u bizənbii. Fə-ğfir lii? fə innəhuu l'ə yəğ'firu-z-zunuubə illəə əntə - (Allahım! Sən mənim Rəbbimsən. Səndən başqa məbud yoxdur. Məni sən yaratdın və mən sənin qulunam. Gücüm çatan qədər Sənə verdiyim əhdə və vədə sadiqəm. Etdiklərimin şərindən Sənə sığınıram. Mənə verdiyin neməti etiraf edirəm və günahımı boynuma alıram. Məni bağışla! Şübhəsiz ki, günahları yalnız Sən bağışlayırsan!)" Kim bunları yəqinliklə axşam desə, sonra da o gecə ölüm ona gəlsə, Cənnətə daxil olar. Səhər də həmçinin". Buxari, 7/150.