Dindar oğlanın qızla görüşməsi və ya söhbət etməsi günahdır?

    28.01.2014
Sual: 
Salam aleykum. Dindar oglanin qizla danishmasi ve yaxud gorushmesi gunahdirmi?
Cavab: 

Aleykum salam. Şəriətdə qadına yalnız evlənmək məqsədilə baxıb görüşməyə icazə verilir. Muğirə ibn Şöbə (Allah ondan razı olsun) bir qadına talib olduğunda Peyğəmbər (Ona və ailəsinə Allahın salavatı və salamı olsun) ona belə buyurmuşdur: "Ona bax, görüş. Çünki bu, aranızda sevginin davamına vəsilə olar". (ət-Tirmizi; ən-Nəsai; İbn Məcəh). Həmçinin demişdir: "Evlənəcəyin qadına əvvəlcədən bax, çünki bu, anlaşa bilməniz və bir-birinizi sevə bilməniz üçün şərtlərdən biridir". (ət-Tirmizi, 1087; Muslim "Nikah", 12).
Həmçinin, şəriətə görə qadının yanında məhrəmi olmadan görüşmək olmaz. Allah Rəsulu (salləllahu aleyhi və səlləm) demişdir: "Allah və axirət gününə iman edən yanında məhrəmi, bir yaxını olmayan qadınların yanına girməsin. Çünki belə olduğu halda üçüncüsü şeytandır". (İmam Əhməd). Bundan başqa hallarda isə kişilərin qadınlara, qadınların da kişilərə baxması və ya görüşməsi günahdır. Uca Allah buyurur: "(Ya Rəsulum!) Mömin kişilərə de ki, gözlərini haram edilmiş şeylərdən çevirsinlər (naməhrəmə baxmasınlar), ayıb yerlərini (zinadan) qorusunlar (və ya örtülü saxlasınlar). Bu onlar üçün (ədəb-ərkan, təmizlik baxımından) daha yaxşıdır. Şübhəsiz ki, Allah onların nə etdiklərindən xəbərdardır!, Mömin qadınlara de ki, gözlərini haram buyurulmuş şeylərdən çevirsinlər (naməhrəmə baxmasınlar), ayıb yerlərini (zinadan) qorusunlar...". (ən-Nur, 30-31).

Paylaş: