Süd bacı-qardaşlığı necə olur və qız öz süd qardaşının yanında hicabını aça bilərmi?

    31.10.2015
Sual: 
salam aleykum bilmek isterdim sud qardashi nece olur ve eyer qizla oqlan sud qardash bacisidilarsa qiz onun yaninda bashini aca bilermi?
Cavab: 

Va aleykumus-Sələm. Eyni qadından 5 dəfə və ya daha artıq doyunca süd əmən uşaqların hamısı süd bacı-qardaşları sayılırlar. Onlar bir-birilərinə məhrəmdirlər və evlənə bilməzlər. Qızlar da süd qardaşlarının yanında hicabı aça bilərlər. Uca Allah buyurur: "Sizə ... süd analarınız, süd bacılarınız, ... ilə evlənmək haram edildi ...". (ən-Nisə, 23).
Peyğəmbər (salləllahu aleyhi və səlləm) demişdir: "Qan yolu ilə haram olan süd yolu ilə də haramdır". (Buxari, Muslim).
Süd qohum­luğu­nun olması üçün iki şərt var:
1. Əmizdirmə uşağın həyatının ilk iki ili ərzində həyata keçiril­məli­dir: "Analar öz övladlarını tam iki il əmizdirməlidirlər. (Bu,) əmizdirməni tamamlamaq istəyənlər üçündür...". (əl- Bəqərə, 233). Çünki, iki yaşdan sonra əmizdirmə yoxdur.
2. Körpənin başqa qadın tərəfindən əmiz­diril­­mə­­si beş və daha artıq sayda həyata keçirilməlidir. Peyğəmbər (Ona Allahın salavatı və salamı olsun) buyurub: "Bir və iki dəfə əmizdirmək (evlənməyi) haram etməz". (Muslim).
     Onu da qeyd etmək lazımdır ki, südün qadından sağılıb qaba tökülərək körpəyə verilməsi və ya digər üsullarla körpə tərəfindən qəbul edilməsi şəriətdə eyni hökmdədir.

Teqlər: 
Paylaş: