Cənazə qəbirstanlığa necə aparılmalıdır?

    03.11.2015
Kimdən: 
Revan
Sual: 
Salam Aleykum. Bildiyime gore cenaze aparilarken cenazeye önden girib arxadan çixmaq lazimdir. Bu dogrudurmu? Umumiyyetle cenaze nece aparilmalidir? Cenazeye kimler gire biler? Bu movzuda etrafli yazardiniz. Allah Rari olsun. Bu savab isinizde size ve elminize qüvvet versin. Amin!
Cavab: 

Va aleykumus-Sələm. Xeyr, qeyd etdiyiniz qaydalar Quran və səhih Sünnədə bildirilməyib. Sadəcə cənazəni apararkən tələsmək lazımdır. Peyğəmbər (salləllahu aleyhi və səlləm) söyləmişdir: "Cənazəni tez dəfn edin. Əgər saleh bəndədirsə, onu xeyrə çatdırar, yox əgər belə deyilsə, çiyninizdən şəri atmış olarsınız". (Buxari, Muslim, Tirmizi, Nəsəi, Əbu Dəvud, İbn Məcəh). Şəriətin qadağan etdiyi şeylərlə cənazəni müşayiət etmək olmaz. Peyğəmbər (salləllahu aleyhi və səlləm) demişdir: "Cənazə, ağı deməklə və od yandırmaqla müşayiət edilməz". (Əbu Davud, 3155).
Uca səslə zikr oxuyaraq cənazəni müşayiət etmək də bidətdir (dində yenilik) və qadağandır. Qeys ibn Abbad (Allah ondan razı olsun) deyir ki, Peyğəmbərin (Ona və ailəsinə Allahın salavatı və salalmı olsun) səhabələri cənazəni müşayiət edərkən səsi ucaltmağı bəyənməzdilər. (əl-Beyhəqi, 4/74). Dinə salınan məşhur bidətlərdən biri də, cənazəni müşayiət edərkən "ər-Rahmən" surəsini oxumaq, cənazə basdırılanda isə "Yə Sin" surəsini oxumaqdır. Daha ətraflı:
Şəriətə uyğun dəfn mərasimi necə olmalıdır?
İslam fiqhi: Cənazə bölümü

Paylaş: