Kilsəyə getmək günahdırmı? Bəzi müsəlmanlar nə üçün kilsəyə gedirlər?
Va aleykumus-Sələm. Özlərini islama nisbətən edən müsəlmanların bəzilərinin kilsələrə, sineqoqlara getməsi cahillikdən (dini savadsızlıqdan) irəli gəlir. İnsanlar dini məlumatsızlıq səbəbindən elə bilirlər ki, kilsə də məscid kimi Allahın evi sayılır. Amma əslində bu belə deyil və şübhəsiz ki, əsl müsəlman kilsəyə yox, məscidə getməlidir. Ona görə də bizim borcumuzdur ki, bax belə müsəlmanları gözəl şəkildə, hikmətlə və əxlaqla nisbət olunduqları dinə, yəni haqq olan İslama dəvət edək. Müsəlman Allaha təslim olub, heç bir şərik qoşmadan yalnız ona ibadət edən kimsəyə deyilir. Xristianlıq isə İsanın (Allahın Ona salamı olsun) gətirdiyi tək Allaha ibadət dininin insanlar tərəfindən dəyişdirilməsi nəticəsində yaranıb. Uca Allah buyurur: "İsa onlardakı küfrü hiss etdikdə dedi: "Allah yolunda kimlər mənə yardımçı olacaq?" Həvarilər dedilər: "Bizik Allahın dininin yardımçıları! Biz Allaha iman gətirdik. Sən də şahid ol ki, biz müsəlmanlarıq!" (Ali İmran, 52). Həmçinin, oxuyun:
Kilsədə və sinaqoqda namaz qılmaq olarmı?
İslam - tək haqq dindir!
İslama dəvət necə olmalıdır?