Yas məqsədilə saqqal saxlamaq doğrudurmu?
Sual:
salam mən bilmək istərdim ki kiminsə yaxını rəhmətə gedəndə niyə üzdə tük saxlanır bunun mənası nədir?
Cavab:
Va aleykumus-Sələm. İnsan dünyasını dəyişdikdə, yaxınlarının saqqal saxlamaları əsası olmayan bir əməldir. Çünki, əslən müsəlman kişi həmişə saqqal saxlamalıdır. Peyğəmbər (Ona və ailəsinə Allahın salavatı və salamı olsun) buyurmuşdur: "Bığları qısaldın və saqqal buraxın!" (Muslim, 600). Lakin, yas düşdükdə saqqal saxlayıb, yeddi və qırx gündən sonra qırxmaq düzgün deyil. Həmçinin oxuyun: Şəriətə uyğun dəfn mərasimi necə olmalıdır?