Naməhrəm qohumlarla əl və üz ilə görüşməyi necə tərgidək?
Və aleykum Salam. Bu hallar bir çox qohumlar arasında baş verir. Belə vəziyyətdən sizinlə əl və üz ilə görüşən qohumları hikmətlə başa salmaq lazımdır ki, bizi yaradan Allah naməhrəmə toxunmağı qadağan edib. Peyğəmbər (ona Allahın salavatı və salamı olsun) belə buyurub: “Sizdən birinin başına dəmir iynənin sancılması, naməhrəm qadına toxunmaqdan xeyirlidir”. (Səhih əl-Cami, 5045). Bəzi hallarda qohumlar deyirlər ki "mən də sənin anan, bacın. Burda nə var ki?!" Onlara başa salmaq lazımdır ki, "Heç kəs sizin yaxın qohum olmağınıza, gözəl niyyətli olmağınıza şübhə etmir. Lakin, Allah ümumi qayda qoyub. Bizdə çalışıb bu qaydalara riayət edərək Allahın razılığını qazanmağa çalışmalıyıq. Burda qohumlara hörmətsizlik edilmir. Allah qohumluq əlaqələrini möhkəmləndirməyi əmr edib. Amma bu cür görüşmək düz deyil". Belə sözlərlə onların xətrinə dəyməmək şərtilə bu hallardan xilas olmağa çalışın. Uca Allah buyurur: “Həqiqətən, Allah ədalətli olmağı, yaxşılıq etməyi və qohumlara haqqını verməyi əmr edir, iyrənc işlər görməyi, pis əməllər törətməyi və azğınlıq etməyi isə qadağan edir. O sizə öyüd-nəsihət verir ki, bəlkə düşünüb ibrət alasınız” (ən-Nəhl, 90).