Üzüm mürəbbəsi haramdırmı?

    09.11.2015
Kimdən: 
*
Sual: 
salam 1)uzum haramdi?uzum murebbesi haramdi? 2)acitilmiw xemirden yeni mayayla yogrulan xemirden biwirilen corek haramdi? Duzdur ki, peygemberimiz mayasiz xemgqden arpa unundan biwirilmiw corek yeyib?
Cavab: 

Va aleykumus-Sələm.

  1. Üzüm və üzüm mürəbbəsi haram deyil.
  2. Acıdılmış xəmirdən, yəni maya ilə yoğrulan xəmirdən bişirilən çörək də haram deyil. 
  3. Peyğəmbər (Allahın ona və ailəsinə salavatı və salamı olsun) kasıb olduğuna görə arpa unundan bişirilən çörək yeyib. Rəvayət edilir ki, (bir dəfə) Əbu Hureyra (Allah ondan razı olsun) qarşılarında qızardılmış qoyun qoyulmuş bir dəstə adamın yanından keçərkən onlar onu yeməyə dəvət et­di. O isə bundan imtina etdi və dedi: "Peyğəmbər (Allahın ona və ailəsinə salavatı və salamı olsun) arpa çörəyindən do­yun­ca yemədiyi halda dünyadan köçüb getdi". (əl-Buxari, 5414).
Teqlər: 
Paylaş: