Qurbanlıq heyvanı kəsərkən bıçağa hansı dua oxunmalıdır?
Sual:
Salam Aleykum. Allahın Salamı olsun sizlərə. Əziz dostlar və qardaşlar. Qurban bayramı qeyd edilən gün,kəsiləcək olan qurbanı kəsmək üçün istifadə olunan bıçaq üçün hansı dua oxunulmalıdır ?
Cavab:
Va aleykumus-Sələm. Qurbanlıq heyvanı kəsmək üçün bıçağa heç bir dua oxunmur. Yalnız, heyvanı kəsdikdə "Bismilləh" deyilir. Cundub ibn Abdullah әl-Bәcәli (Allah ondan razı olsun) rәvayәt edir ki, Peyğәmbәr (Allahın ona və ailəsinə salavatı və salamı olsun) Qurban günü (bayram) namazı qıldı, sonra xütbә verdi, daha sonra qurbanlıq heyvanı kәsdi vә dedi: "Namazdan әvvәl qurban verәn, (bayram namazından sonra) onun әvәzinә başqa bir heyvan kәssin! Qurban vermәyәn isә, Allahın adını çәkib ("bismillәh" deyib) heyvanı kәssin!" (Səhih әl-Buxari, 985; Səhih Muslim, 5037).