Kiməsə nəfsim keçə bilərmi?

    29.01.2014
Sual: 
Salam aleykum. Mən bilmək istərdim ki, kiməsə nəfsim keçə bilərmi? Yəni mən hamilə qala bilmirem ama başqası hamile qalanda öz özüme deyirəm ki, niyə o, hamilə qaldı mən yox. Bunun günahı varmı mən günah qazanırammı? Xahiş edirem ki, cavablandirasiniz. Allah sizdən razı olsun.
Cavab: 

Və aleykum Salam. Əgər siz Uca Allahın təqdir etdiyi qismətə narazı olaraq və ya qədərə etiraz edərək bu sözləri desəniz günah qazanmış olarsınız. Nəfsin kimdəsə qalması anlayışı yoxdur. Ola bilsin ki, insanlar arasında nəfsin qalması dedikdə nəfsin şərrindən irəli gələrək gözdəymədən söhbət gedir. Peyğəmbər (salləllahu aleyhi və səlləm) gözdəymənin haqq olduğunu demiş və ondan qorunmaq "bərakəllahu", "maşaAllah" söyləməyi buyurmuşdur. Həmçinin, başqasına verilən nemətə görə bu cür sözlər demək insanı paxıllığa sövq edə bilər. Qurani Kərimdə Uca Allah məhz bu cür sözləri deyərək ilk qətl hadisəsinin, yəni Adəmin oğlu Qabilin öz qardaşı Habili öldürməsini, Yusufun qardaşları tərəfindən quyuya atılmasını əbəs yerə qeyd etməmişdir. Həmçinin, bilmək lazımdır ki, neməti bəxş edən və nemətdən məhrum edən Allahdır. Onun neməti bəxş etməsi lütfü və mərhəməti sayəsində meydana gəlir. Onun neməti saxlaması isə hikməti ilə bağlıdır və bütün bunların hamısı insan üçün sınaqdır.   

Teqlər: 
Paylaş: